“Fənərbaxça” Sinan Gümüşlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Sinan Gümüş karyerasını “Antalyaspor”da davam etdirəcək. O, yeni klubu ilə 2.5 illik sözləşmə bağlayıb. Hücumçu gələcəkdə başqa bir kluba satılacağı halda gəlirin 50 faizi “Fənərbaxça”ya ödəniləcək.