Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Fransada "Marsel"lə qarşılaşacaq "Qarabağ" səfər proqramı müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, "köhlən atlar" fevralın 15-də Fransaya yola düşəcək.
Bir gün sonra isə 21.40-da Qurban Qurbanovun mətbuat konfransı planlaşdırılır. 22.00 da isə Ağdam təmsilçinin açıq məşqi baş tutacaq.
Qeyd edək ki,"Marsel" - "Qarabağ" matçı fevralın 17-də Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.