Azərbaycanlı cüdoçu Tofiq Məmmədov ağır yol qəzası keçirib.
Hadisə dünən saat 12.00 radələrində baş verib. Qəza nəticəsində idmançı ağır bədən xəsarəti alıb. Tofiq Məmmədov ətrafdakıların yardımı ilə avtomobildən çıxarılıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım vasitəsiylə Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Orada idmançının ayağına tikiş atılıb. Tofiq Məmmədov hazırda evdədi, ümumi vəziyyəti normal olsa da, aldığı ağır zədə nəticəsində hərəkət etməkdə çətinlik çəkir.
Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.