Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsevin Pekin-2022 Qış Olimpiya Oyunlarının sərbəst proqramında buz üzərinə çıxacağı sıra nömrəsi müəyyənləşib.
"Football-plus.az" saytının məlumatına görə, təmsilçimiz 2-ci qrupda mübarizə aparacaq. Bu qrupda mübarizəyə başlayan ilk həmyerlimiz olacaq. Yarış fevralın 10-da saat 05.30-da başlayacaq. İdmançımızın olduğu qrupda Brendan Kerri (Avstraliya), Denis Vasilyev (Latviya), Mark Kondratyuk (Rusiya Olimpiya Komitəsi), Adam Siao Him Fa (Fransa) və Matteo Ritso (İtaliya) yer alıb.
Qeyd edək ki, Litvintsev qısa proqramda 84,15 xalla 18-ci olaraq sərbəst proqramda iştirak hüququ qazanıb.