“Barselona”nın baş məşqçisi Xavi Hernandez İspaniya çempionatının son turunda “Atletiko”ya qalib gəldikləri oyundan (4:2) sonra mətbuat konfransında bunları deyib:
“Azarkeşlərin oyun boyu dəstəyi əla idi. Amma istərdim ki, onlar Dembeleyə də dəstək versinlər. Mən onlardan xahiş edərdim ki, ona fit çalmağı dayandırsınlar. Onun oynamaması texniki qərar idi. Əslində Dembeleni oynatmaq istəyirdim, amma qırmızı vərəqə və oyunun gedişatına görə başqa qərar verdim”.