Azərbaycan premyer-liqasında 15-ci turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, "Sabah" doğma meydanda "Qəbələ"ni qəbul edib - 3:0. Ev sahibinin baş məşqçisi Murad Musayev mətbuat konfransında iştirak edib. O, oyun haqda bunları deyib:
"Çox çətin oyun alındı. Fiziki cəhətdən oyuna yaxşı hazırlaşa bilməmişdik. Çünki həftəiçi böyük iş görmüşdük. Bu gün meydanda xarakter göstərdik. Çalışacağıq ki, bütün 90 dəqiqə ərzində aktiv oynayaq. Yaxşı qollar vurduq. Bəzən rəqibə fürsətlər verdik. İşimiz çoxdur, dayana bilmərik".
- Şənbə günü "Neftçi"yə qarşı oyun var. Komandada yorğunluq varmı?- Bərpa olunmaq üçün kifayət qədər vaxtımız var. Hazırda önəmli olan bu vaxtı düzgün dəyərləndirməkdi. Futbolçularımız maksimum şəkildə diqqətli olmalıdı. Həkimlərlə vaxt keçirməli, tez bərpa olunmalıdılar. Başqa çarəmiz yoxdu.