Azərbaycan premyer-liqasında 15-ci turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, "Sabah" doğma meydanda "Qəbələ"ni qəbul edib - 3:0. Qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransında iştirak edib. O, oyun haqda bunları deyib:
“Düşündüyümüz kimi də oyun daha ağır keçdi. Bilirdik ki, “Sabah” iddialıdı, heyətində yaxşı futbolçular var. Oyuna yaxşı başladıq. Əfsuslar olsun ki, epizodları dıəyərləndirmədik. Rəqib düşən imkanları dəyərləndirib, layiqli qələbə qazandı. Hakimlərə də qiymət verən qurum var. İnanıram ki, oyuna baxıb öz qeydlərini aparacaqlar. Sadəcə bizə, mənə və köməkçilərimə verilən sarı vərəqə... Nəyə görə gəlib sarı vərəqə verirlər, bizə sual qaldı. Ümumi götürəndə hakim oyunu normal idarə etdi. Olurdu ki, xırda foullar bizə fərqli görünürdü. Oyunu normal idarə etdi.
Ruan Renatonun cəzası var idi, deyə oynamadı. Heyətimizə baxsaz, 13-14 futbolçumuz var. Daha sonra cavanlar gəlir. Hər bir itki oyunumuza təsir edir. Ruan aparıcı oyunçularımızdandı. Komanda olaraq “Qəbələ” ruhdan düşməyəcək, daha da iddiasını ortaya qoyacaq”.