MBA-da son üç gündə keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var.
“Qolden Steyt”in hücumameyilli müdafiəçisi Key Tompson dəqiq üçxallıq atışların sayına görə MBA tarixində 20-ci yerə yüksəldi. O, komandasının “Sakramento”ya qalib gəldiyi (126:114) oyunda 1829-cu üçxallıq atışını reallaşdırdı. 31 yaşlı amerikalı bu göstəricidə mərhum Kobe Brayantı arxada qoydu. “Leykers”in əfsanəsinin hesabında 1827 belə atış var. 19-cu yerdə Çonsi Billaps (1830), 18-ci yerdə isə Pol Cons (1831) qərarlaşıb. Üçxallıq atışlar üzrə MBA rekordçusu Stefen Karridi (3061). Tompson oyundan sonra belə dedi: “Bu mənim üçün böyük şərəfdi. Kobe üçün çox darıxmışam. O, basketbolda əsas ilham mənbəyimdi”.
Ötən şənbə “Filadelfiya” üzərindəki qələbəyə “Dallas”ın oyun qurucusu Luka Donçiç 33 xalla töhfə verdi. Sloveniyalı həmçinin 13 ribaund və 15 ötürmə ilə tripl-dabl etdi. MBA-da tripl-dabllarının sayını 44-ə çatdıran 22 yaşlı Donçiç bu göstəricidə 10-cu yerə yüksəldi. O, Fet Leveri (43) arxada qoydu. Donçiç üçün növbəti hədəf 59 tripl-dabl ilə 9-cu olan Larri Berddi. Xatırladaq ki, sloveniyalı MBA-da 4-cü mövsümünü keçirir. Tripl-dablların sayına görə MBA rekordu “Leykers”in əfsanəsi Rassell Uestbruka (193) məxsusdu.
5 fevral
Detroyt – Boston 93:102 (16:28, 15:18, 25:32, 37:24)
İndiana – Çikaqo 115:122 (33:40, 29:25, 28:28, 25:29)
Şarlott – Klivlend 101:102 (31:22, 15:30, 19:24, 36:26)
Toronto – Atlanta 125:114 (39:28, 21:31, 36:27, 29:28)
Dallas – Filadelfiya 76 107:98 (24:33, 29:30, 32:15, 22:20)
San-Antonio – Hyuston 131:106 (33:25, 24:29, 40:23, 34:29)
Yuta – Bruklin 125:102 (33:24, 35:23, 37:26, 20:29)
Denver – Nyu-Orlean 105:113 (29:27, 23:24, 30:31, 23:31)
Portlend – Oklahoma-Siti 93:96 (19:21, 31:25, 26:29, 17:21)
6 fevral
Orlando – Memfis 115:135 (24:37, 32:39, 25:32, 34:27)
Vaşinqton – Finiks 80:95 (21:33, 11:26, 19:26, 29:10)
Şarlott – Mayami 86:104 (23:31, 28:15, 8:35, 27:23)
Leykers – Nyu-York 122:115 ОТ (29:42, 27:29, 31:13, 24:27, 11:4)
Portlend – Miluoki 108:137 (26:34, 28:36, 21:37, 33:30)
Sakramento – Oklahoma-Siti 113:103 (36:30, 28:27, 25:22, 24:24)
Denver – Bruklin 124:104 (39:40, 37:35, 31:15, 17:13)
Minnesota – Detroyt 118:105 (24:26, 31:30, 28:23, 35:26)
Çikaqo – Filadelfiya 76 108:119 (26:34, 26:27, 29:28, 27:30)
7 fevral
Orlando – Boston 83:116 (15:21, 24:28, 22:29, 22:38)
Hyuston – Nyu-Orlean 107:120 (21:26, 33:23, 23:38, 30:33)
Klippers – Miluoki 113:137 (32:28, 19:32, 30:39, 32:38)
Dallas – Atlanta 103:94 (29:26, 25:24, 26:26, 23:18)
Klivlend – İndiana 98:85 (12:27, 24:20, 25:21, 37:17)