Ötən həftə keçirilən oyunlarla Region Liqasında qış fasiləsi başa çatıb.
İlk olaraq tətildən Qərb və Şimal-Qərb regionun komandaları qayıdıb. Turun mərkəzi qarşılaşması şənbə günü Mingəçevirdə baş tutub. “Nur şəhəri”nin təmsilçisi “Göyəzən”ni qəbul edib. Qrupun lideri “qurutlar”ı meydana çıxmağa peşman edib. “Energetik”in futbolçuları qonaqların qapısından 5 cavabsız top keçirib. Elə həmin gün Yevlaxda yerli “Karvan” “Qoşqar UGİM-2” ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatsa da, qonaq komanda meydanı yarımçıq tərk edib. Belə ki, son dəqiqələrdə hakim Gəncə komandasının qapısına penalti təyin edib. Buna etiraz olaraq, gəncəlilər meydandan çıxıblar. Bu səbəbdən 11 metrlik zərbəni yerinə yetirmək mümkün olmayıb. Ancaq ona qədər yerli komanda hesabda öndə olduğundan 90 dəqiqənin yekunu olaraq 3 xal “Karvan”ın hesabına yazılıb. Qrupun son görüşü isə bazar günü Şəkidə keçirilib. Bölgənin eyniadlı komandası “Gəncə” ilə qarşılaşıb. “Halvaçılar” da azarkeşlərini sevindirməyi bacarıb. Qapısında 4 qol görən gəncəlilər evə əliboş dönüblər.
Region Liqası
Qərb və Şimal-Qərb regionu
5 fevral
Energetik (Mingəçevir) – Göyəzən (Qazax) 5:0
Karvan (Yevlax) – Qoşar UGİM-2 (Gəncə) 2:1
6 fevral
Şəki – Gəncə 4:0
1. Energetik 8 7 1 0 17-3 22
2. Karvan 9 6 1 2 21-15 19
3. Ağstafa 8 5 0 3 2-12 15
4. Qoşqar UGİM-2 9 1 5 3 16-17 8
5. Göyəzən 9 2 1 6 17-26 7
6. Şəki 9 2 3 4 17-21 9
7. Gəncə 8 1 1 6 10-26 4
Bombardirlər: Elgün Namazov (Ağstafa), Oqtay Məmmədov ( Qoşqar UGİM-2, Gəncə) – 8, Arzuman Vəliyev (Göyəzən ) – 7, İsmayıl İsmayılov (Ağstafa) – 6.
“Ərkivan”ın məcburi istirahət etdiyi Cənub regionunda da fasilə başa çatıb. Bazar günü keçrilən hər iki görüşdə qonaqlar sevinib. “Astara” “Ümid”in qonağı olub. Bərabər səviyyədə keçən qarşılaşmanın sonunda qonaqların vurduğu bir qol matçın taleyini həll edib. Qış toplanışını Türkiyədə keçirməklə Region Liqası komandaları arasında ilkə imza atan “Xan Lənkəran” isə autsayder “Qobustan”la qarşılaşıb. Lənkəranlıların bəzi aparıcı oyunçuları koronovirusa yoluxduğundan bu mtçda komandalarına kömək edə bilməyib. Buna baxmayaraq, İbrahim Uzuncanın çalışdırdığı kollektiv hesabına 3 xal yazdırmağı bacarıb.
Cənub regionu
6 fevral
Ümid (Cəlilabad) - Astara 0:1
Qobustan - Xan Lənkəran 1:3
1. Xan Lənkəran 6 5 1 0 25-5 16
2. Astara 7 5 1 1 12-5 16
3. Ümid 6 2 1 3 8-11 7
4. Ərkivan 6 1 1 4 8-21 4
5. Qobustan 7 1 0 6 6-17 3
Bombardirlər: Röyal Nəcəfov (Xan Lənkəran) – 6, Zaur Nuruzadə (Xan Lənkəran) – 5.
RƏŞAD