Vladimir Petkoviç gözlənilən aqibətlə üzləşib.
O, “Bordo”nun baş məşqçi vəzifəsindən istefaya göndərilib. “Ekip” nəşrinin xəbərinə görə, rəhbərlik Liqa 1-in 23-cü turunda “Reyms”ə rüsvayçı məğlubiyyətdən (0:5) sonra onunla yolları ayırmaq qərarına gəlib.
58 yaşlı Petkoviç “Bordo”ya ötən yay təyinat almışdı. Son 6 oyundan 5-də məğlub olan komanda Fransa çempionatında 23 oyuna 20 xal toplamaqla turnir cədvəlində 19-cu yeri tutur.