Afrika Millətlər Kubokunun finalında maraqlı epizod yaşanıb.
Qeyri-adi hala Seneqal – Misir matçının ilk hissəsində təsadüf olunub. 36-cı dəqiqədə Misir yığmasının kapitanı Məhəmməd Salah hakim Viktor Qomeşə etiraz edib. Cənubi Afrikadan olan referi isə fitini və vərəqəsini Salaha uzadaraq ona matçı idarə etməyi təklif edib. “Liverpul”un hücumçusu isə etiraz etdiyinə görə peşman olub.
Əsas və əlavə vaxtı qolsuz başa çatan matçda qalib penalti seriyasında müəyyənləşib. Bu sınaqda 4:2 hesabı ilə üstün olan Seneqal qitə kubokuna sahib çıxıb.