İngiltərə Futbol Assosiasiyası (İFA) UEFA-ya dəstək verib.
Bu qurum da FİFA-nın dünya çempionatını iki ildən bir təşkili ilə bağlı ideyasına qarşı çıxıb. İFA-nın rəhbəri Mark Bullingem yeni layihə ilə bağlı qısa açıqlama verib: “Biz bu planın həyata keçəcəyinə inanmırıq”.
Qeyd edək ki, bir müddət əvvəl İngiltərə Premyer-Liqası da FİFA-nın yeni ideyasının əleyhinə bəyanat yaymışdı.