ABŞ-da keçiriləcək Ümumdünya Oyunlarında Azərbaycanı təmsil edəcək kikboksçu Bəhram Rəcəbzadənin rəqibləri bəlli olub.
İdmançının 7 potensial rəqibi var.
91 kq-dan yuxarı çəkidə çıxış edəcək kikboksçunun rəqibləri son dünya çempionu Əsədulla Nəsibov (Rusiya), dünya ikincisi Anto Siriç (Xorvatiya), dünya üçüncüləri – Roman Şerbatyuk (Ukrayna) və Miroslav Vuyoviçdir (Monteneqro).
Bundan əlavə, Ahmed Krnyiç (Bosniya və Herseqovina), Oskar İquera (Venesuela) və Pirkka Suksi (Finlandiya) də potensial rəqiblər arasındadı.
Kikboksinqin K-1 növü üzrə keçiriləcək yarış 10 - 15 iyulda baş tutacaq. Kişilərdə 63,5 kq, 75 kq və +91 kq, qadınlarda 52 kq, 60 kq və 70 kq çəkidə mübarizə gedəcək.