Azərbaycan premyer-liqasının 15-ci turu çərçivəsində "Keşlə" doğma meydanda "Zirə"ni qəbul edib.
58 Keşlə - Zirə 0:1 (0:1)
85. Kamal Bayramov – 4,5
5. Kərim Diniyev – 4,5
6. Franko Flores – 4,0
4. Şəhriyar Əliyev – 4,0
2. İlkin Qırtımov (k) – 3,0
77. Merab Qiqauri – 4,5
13. Pərviz Azadov – 4,0
(14. Turan Vəlizadə, 78) – qiymətsiz
11. Sadio Tounkara – 4,0
7. Rəhman Hacıyev – 4,0
(72. Aldair Neto, 66) – 4,0
19. Fəhmin Muradbəyli – 3,5
(8. Tural Axundov, 46) – 4,0
10. Felipe Santos – 5,0
Ehtiyat oyunçular
1. Stanislav Namaşko
27. Əkpər Vəliyev
29. Amil Yunanov
22. Elçin Mustafayev
70. Bahadur Həziyev
95. Rəhman Daşdəmirov
74. Kamal Kazımov
75. Vüsal Qənbərov
54. Rəşad Həsənov
Baş məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Felipe Santos
1. Mehdi Cənnətov – 5,0
19. Təmkin Xəlilzadə - 5,0
4. Cəlal Hüseynov – 5,0
44. Dmitrios Çantakias – 5,0
21. Hacıağa Hacılı – 4,5
32. Qismət Alıyev (k) – 5,0
91. Coşqun Diniyev – 4,5
(92. Brayan Alseus, 73) – 4,0
47. Məhəmməd Hamdaui – 5,0
14. Hamidu Keyta – 5,5
(2. Sərtan Taşkın, 87) – qiymətsiz
9. Loris Broqno – 4,5
(10. Ağabala Ramazanov, 66) – 4,5
18. Davit Volkov – 4,5
Ehtiyat oyunçular
41. Anar Nəzirov
22. Nail Alışov
8. İlkin Muradov
15. Ruslan Abışov
51. Rüstəm Nuruyev
13. Ramin Əhmədov
61. Nizami Səmədov
56. Samir Ağayev
25. Vüsal Əliyev
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Hamidu Keyta
Qol: M.Hamdaui, 45.
Vərəqələr: P.Azadov, 10 (qeyri-idman hərəkəti). H.Keyta, 31 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 35 (hakimin qərarına etiraz). S.Tounkara, 37 (qeyri-idman hərəkəti). Ş.Əliyev, 44 (qeyri-idman hərəkəti). M.Qiqauri, 82 (hakimin qərarına etiraz). D.Çantakias, 82 (qeyri-idman hərəkəti) – sarı. İ.Qırtımov, 39 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Nahid Əliyev, Rəhman İmami, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
7 fevral. Bakı. “ASK Arena”. 400 tamaşaçı (5300 yerlik).
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Oyunun ilk 15 dəqiqəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, vaxt ötdükcə qonaqlar müəyyən ərazi üstünlüyünə yiyələndi. Onlar topa daha çox nəzarət edir, hər iki cinahdan təhlükəli reydlər edirdilər. Bu yöndə xüsusilə yarımmüdafiənin sağında yer alan “qartallar”ın yeni transferi Hamidu Keytanı qeyd etmək lazımdı. Komandaya yeni qoşulmasına baxmayaraq, ucaboy futbolçu sanki illərdi Rəşad Sadıqovun rəhbərliyi altında çıxış edir, ümumi ansambldan qopmurdu. Fransalı inamlı oyunu ilə Qırtımova başağrı olmuşdu. İlkindən söz düşmüşkən, müdafiəçi artıq 39-cu dəqiqədə qarşısında ikinci sarı vərəqə gördüyündən meydanı erkən tərk etmək məcburiyyətində qaldı. İlk yarıda onsuz da oyunu alınmayan meydan sahibləri azlıqda qalandan sonra, ümumiyyətlə, mərkəzi keçməkdə çətinlik çəkirdi. Bunun da məntiqi nəticəsi kimi “qartallar” ilk hissənin son dəqiqəsində hesabı açmağa müvvəffəq oldu. Təmkindən ötürmə alan Hamdaui cərimə meydançasında bir qədər irəliləyib uzaq küncü dəqiq nişan aldı. Buna qədər isə 42-ci dəqiqədə Felipe Santos meydan sahiblərini hesabda önə çıxarda bilərdi. Braziliyalı meydanboyu təxminən 40 metr irəliləyib, yolüstü Çantakiasdan da sıyrılaraq cərimə meydançasına daxil olmuş, amma qapını nişan alsa da, zərbəsi yandan keçmişdi.
Fasilədən sonra Sənan Qurbanovun çalışdırdığı komanda bir qədər toparlanıb irəli atılsa da, tablodakı hesabı dəyişə bilmədi. İkinci yarının ən yaddaqalan epizodu da “Keşlə”nin qapısı önündə yaşandı. 71-ci dəqiqədə ilk qolun müəllifi Hamdauinin zərbəsi dirəkdən döndü. Qalan dəqiqələrdə qapılar önündə təhlükəli vəziyyət yaşanmadı və görüş qonaqların minimalhesablı qələbəsiylə başa çatdı.
RƏŞAD