"Neftçi"nin futbolçusu Nazim Məmmədzadə karyerasını Şimali Makedoniyada davam etdirəcək.
"Football-plus.az" saytının məlumatına görə, "ağ-qaralar"ın ikinci heyətində forma geyinən Nazim "Renova" ilə razılıq əldə edib. Qış hazırlıq mərhələsində baxışda olan oyunçu klubun məşqçilər korpusunun etimadını qazanıb. Nazimlə müqavilə bağlanılıb. Futbolçu mövsümün sonunadək bu klubda çıxış edəcək.