Fevralın 9-da Azərbaycan Boks Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
Tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında, saat 11.00-da baş tutacaq. Tədbirdə hazırkı federasiya prezidenti Kəmaləddin Heydərovu əvəzləyəcək şəxsin adı bəlli olacaq.
Qeyd edək ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.