Ruud Qullit Robert Levandovskinin ötən il “Qızıl top”u qazanacağını gözləyirmiş.
Lakin, bilindiyi kimi, bu mükafat Lionel Messiyə qismət olmuşdu. Niderland yığmasının sabiq hücumçusu olan Qullit bununla bağlı fikirlərini belə ifadə edib:
“Onu bir futbolçu kimi çox xoşlayıram. O, çox şeyə qadirdi. Levandovskinin ötən il “Qızıl top”u qazanacağına inanırdım. Bunun baş verməməsi mənim üçün sürpriz oldu. Amma bu, sadəcə, səsvermənin nəticələrinə görə belə alındı. Çox təəssüf ki, Robert Kriştiano Ronaldo və Lionel Messi ilə eyni dövrdə oynayır. Mənə elə gəlir ki, Levandovski Ronaldo və Messi ilə eyni dərəcədə dəyərləndirilmir. Bu isə təəssüf doğurur...