Serj Qnabri çox güman ki, yeni mövsümə başqa klubda başlayacaq.
"Football-plus.az" saytının məlumatına görə, “Bavariya” futbolçusu ilə yeni müqavilə mövzusunda razılaşa bilmir. 26 yaşlı hücumçu klubun ona təklif etdiyi şərtləri nəzərdə tutan anlaşmanı imzalamaq istəmir. Almaniyalı futbolçu 2023-cü ilin yayında azad agent kimi komandanı tərk etmək istəmir. Qnabri Leroy Sane və Kinqsli Koman qədər maaş almaq fikrindədi. Bu, bonuslar nəzərə alınmasa, ildə təxminən 15 milyon avro deməkdi.
Onun hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdi. Qeyd edək ki, Serj bu mövsüm bütün turnirlərdə 27 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib.