Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.
Kamerunda keçirilən qitə birinciliyinin finalında Seneqal və Misir yığmaları üz-üzə gəlib. Matçın əsas vaxtında hesab açılmayıb. Əsas vaxt qolsuz yekunlaşdığından qalibi müəyyənləşdirmək üçün penalti seriyası təşkil olunub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Seneqal yığması tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.
Seneqal – Misir 0:0 (penaltilər 4:2)