"Marsel"i qarşıdakı 2 səfər oyununu azarkeşsiz keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, buna Fransa kubokunun 1/8 final mərhələsində səfərdə "Şovinyi"yə 3:0 hesabı ilə qalib gəldikləri matç səbəb olub. Marsel təmsilçisinin azarkeşləri görüşdə tüstü bombalarından istifadə edib.
Beləliklə, "Marsel" fevralın 13-də "Nitsa"ya qarşı baş tutacaq ölkə kuboku və bundan 3 gün sonra "Mets"lə oynanılacaq Liqa 1-in matçlarına buraxılmayacaqlar.