“Çelsi” dünən “Plimut”a qalib gələrək İngiltərə kubokunun 1/8 finalına çıxıb.
Amma 2:1 hesablı qələbə londonlulara üç oyunçusunu itirmək bahasına başa gəlib. Matçın gedişində Meyson Maunt, Hakim Ziyeş və Sesar Aspilikueta zədə səbəbi ilə əvəzləniblər. Komandanın məşqçisi Arno Mihels onların vəziyyətinə müayinələrdən sonra aydınlıq gələcəyini deyib.
Başqa sözlə, zədəli futbolçuların Klublararası Dünya Çempionatında (KDÇ) iştirak edib-etməyəcəkləri sual altındadı. Yeri gəlmişkən, “Çelsi” bu turnirdə ilk oyununu fevralın 9-da “Əl-Hilal” – “Əl-Cəzirə” matçının qalibi ilə keçirəcək.