Cerdan Şakiri “Lion”u tərk edir.
O, ümumiyyətlə, Avropa futbolu ilə vidalaşmaq üzrədi. İsveçrəli yarımmüdafiəçi karyerasını Amerikada davam etdirəcək. “Lion”un onu 7 milyon avroya “Çikaqo Fayr”a satdığını insayder Fabritsio Romano xəbər verib.
30 yaşlı Şakiri “Lion”a ötən yay “Liverpul”dan gəlmişdi. O, bu mövsüm Fransa çempionatında meydana çıxdığı 11 oyunda 2 qol vurub.