
Dünya futbolu
228
6.02.2022, 14:39
Həm premyer-liqada, həm də MY-də
İngiltərə premyer-liqasında yanvarın ən yaxşı oyunçusu müəyyənləşib.
Bu nominasiyada David De Xea qalib gəlib. “Mançester Yunayted”in qapıçısı karyerasında ilk dəfə ayın ən yaxşı futbolçusu üçün mükafata layiq görülüb. İspaniyalı premyer-liqada bu mükafatı qazanan 10-cu qapıçı olub. 31 yaşlı De Xea yanvarda ölkə çempionatında meydana çıxdığı 4 oyunda 4 qol buraxmış və 22 dəfə seyv etmişdi.
Yeri gəlmişkən, MY-də yanvar ayının ən yaxşı futbolçusu məlum olub. David bu dəfə də azarkeşlərin rəğbətini qazanaraq oyundaşlarını arxada qoyub. Qeyd edək ki, o, 67 faiz səs toplamaqla ardıcıl 3-cü dəfə klubunda ayın ən yaxşı oyunçusu seçilib.