
Ölkə futbolu
238
6.02.2022, 12:38
Namikə Bursa Bələdiyyəsindən mükafat veriləcək
Namik Ələskərovun formasını geyindiyi “Bursaspor”un futbolçularına 1-ci liqanın 23-cü turunda “Altınordu”nu məğlub etdikləri üçün mükafat veriləcək.
"Football-plus.az" saytının məlumatın görə, bu haqda Türkiyə mətbuatı xəbər yayıb. "Timsahlar"ın oyunçunları qələbəyə görə pul mükafatı alacaq. Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş matçdan əvvəl “Altınordu” ilə oyundakı qələbəyə görə futbolçulara və məşqçilər heyətinə mükafat veriləcəyini bildirib. Futbolçuların mükafatları çərşənbə günü təqdim ediləcək.
“Bursaspor”un “Altınordu”nu məğlub etdiyi oyuna ilk "11-lik"də başlayan Namik, vurulan yeganə qolun ötürməsini edib.