Mahir Emreli "Dinamo"nun (Zaqreb) rəsmi televiziyasına açıqlama verib.
24 yaşlı hücumçu komanda yoldaşları və baş məşqçi Jelko Kopiçlə tanış olduğunu bildirib:
"Bura gələndə hamı mənə qarşı isti münasibət göstərdi və ilkin təəssüratım əladı. Mənə söylədilər ki, nəyə ehtiyacım olsa, onlarla əlaqə saxlaya bilərəm. Burda tanıdıqlarım əla insanlardı. "Dinamo"ya keçdiyim üçün xoşbəxtəm. Həqiqətən də bu klubun bir hissəsi olmaq heyrətamizdi. Komandanın keyfiyyəti barədə danışmağa ehtiyac yoxdu, hər kəs bunu çox yaxşı bilir. Komandamın bir neçə oyununu izləmişəm. İngiltərənin "Tottenhem" klubuna qarşı matç möhtəşəm idi. "Dinamo" göstərdi ki, rəqib top klub olsa da, müqavimət göstərmək mümkündü və hamı bu komandaya hörmət etməlidi".