Maddi problemlər üzündən ağır günlər yaşamaqda davam edən və 3-cü divizonda son sıralarda qərarlaşan ''Əskişəhərspor'' öz akademiyasının üzvü olan 15 yaşlı Egehan Hasla vidalaşmağı lazım bilib.
Səbəb isə odu ki, yeniyetmə futbolçu bir neçə gün öncə idman zalında məşq edərkən onun əynində ''Qalatasaray'' köynəyi olub. Egehanın bu şəkili öz ''instaqram''ında paylaşması klubun fanatlarını və rəhbərliyini hiddətləndirib. Bu üzdən klubdan verilən açıqlamada bu oyunçu ilə yolların ayrıldığı qeyd olunub. Etirazlar üzündən Egehan həmin şəkili silməli olub. Amma ''Qalatasaray'' bu hadisəyə biganə qalmayıb. İstanbul nəhəngi yeniyetməni öz akademiyasına dəvət edib. Egehan hadisə ilə bağlı bunları deyib: