Bu gün İtaliya çempionatında diqqətlər Milan derbisinə yönələcək.
Bakı vaxtı ilə saat 21.00-da başlayacaq “İnter” - “Milan” matçına qonaqlar ciddi itki ilə çıxacaqlar. “Milan”ın aparıcı futbolçusu Zlatan İbrahimoviç A seriyasının 24-cü turunun mərkəzi oyununu buraxacaq. Bu barədə komandanın baş məşqçisi Stefano Pyoli məlumat verib. O, isveçli hücumçu ilə eyni ampluada çıxış edən xorvatiyalı Ante Rebiçin vacib və prinsipial oyuna hazır olmayacaqlarını bildirib.
Qeyd edək ki, son çempion “İnter” hazırda 22 oyuna 53 xalla liderdi. “Milan” isə 23 matçda 49 xal toplamaqla 3-cü yeri tutur.