Dünya tennisinin 1 nömrəsi Novak Cokoviç srağagün Serbiya prezidenti Aleksandr Vukiçlə görüşdü.

“Australian Open”də iştirak üçün yanvarın 5-də bu ölkəyə yollanan və bezdirici məhkəmə çəkişmələrindən sonra 14-də deportasiya olunan ulduzun həmin günlərlə bağlı fikirləri:

“Oteldə tək qalsam da, özümü tənha hiss etmirdim. Ailəm, dostlarım, serb xalqı mənə dəstək verirdi. Bütün dünyadan olan xeyirxah adamlar şəxsən və ictimaiyyət önündə həmin günlərdə vəziyyətimi yaxşılaşdırmaq üçün çalışdılar ki, bu da gözlənilməz idi. Sizlər məni dəstəkləməyə borclu deyldiz, ancaq istəyirəm biləsiz ki, özünüzü zərbə altına qoymaqla mənim tərəfimi tutduğunuza görə təşəkkür etmək istəyirəm. Bunu dəyərləndirirəm, serb xalqı ilə əlaqə və münasibətlərim gündən-günə möhkəmlənir. Yaxın 7-10 gündə Avstraliyada başverənlərlə bağlı hər şeyi danışacam”.


Prezident Vuçiç də media önündə danışdı:

“Cokoviçlə ilk danışıq zamanı ona dedim ki, qayıt, sən orda nə edəcəksən? Novak özünü tennis kortunda göstərmək istəyirdi. Mən ondan Rafael Nadalla Rocer Federerin göstəricisini yaxşılaşdırmağı xahiş edirəm. “Australian Open”də kimə azarkeşlik edəcəyimizi bilmirdik, ancaq sən illərdi ən yaxşısan və heç kim səni ötə bilməz. Novak sizə deməyəcək, ancaq “Rolan Qarros”, “Uilmbldon” və “US Open”də hamını udacaq”.


Bu arada Serbiya prokurorluğu Novakın Avstraliyaya daxil olmaq üçün koronavirus keçirdiyinə dair saxta sənədlərdən yararlanması ilə bağlı şayiələri təkzib edib. Xatırladaq ki, Almaniyanın “Spiegel” jurnalının bir müddət əvvəl dərc etdiyi araşdırmada belə bir iddia var idi: guya Cokoviçin Avstraliyaya peyvənd olunmadan daxil olmaq üçün təqdim etdiyi, koronavirus testinin müsbət nəticələnməsi haqda arayışda test tarixləri ilə bağlı uyğunsuzluq var. Həmçinin həmkarlarımız iddia edirdi ki, tennisçinin verdiyi test əvvəlcə mənfi kimi qeydə alınsa da, sonradan müsbət olub. Prokurorluğun açıqlamasında deyilir ki, yoxlama zamanı Cokoviçin bir neçə dəfə testdən keçdiyi, dekabrın 16-da və 22-də həyata keirilən testlərin nəticəsi ilə bağlı arayışların gerçək olduğu aşkarlanıb.

Cokoviçlə bağlı daha bir maraqlı xəbər yayılıb. Serb tennisçinin bioqrafı Daniel Mukş ona Nadalın “Australian Open”dəki qələbəsinin peyvənd olunmaqla bağlı təsir etdiyini bildirib: “Novakın ətrafından onun peyvənd olunamağa hazırlaşdığını eşitdim. Bəlkə də Avstraliya Açıq Çempionatının finalı, Nadalın 21-ci “Böyük dəbilqə”ni qazanması ona təsir edib”.

Xatırladaq ki, ATP və WTA turnirlərində iştirak üçün peyvənd olunmaq zəruridi. Cokoviç isə bu iki qurumun reytinq siyahılarında top-100-də yer alan və hələ də peyvənd olunmayan üç tennisçidən biridi.

Son xəbərlər

Fransa pley-offda, Argentina ilk qələbəsini qazandı - YENİLƏNİB

Mbappe bu 3 əfsanəni geridə qoydu

Levandovski ən yaxşı seçildi

Lukaku Belçikanın heyətinə qayıdır

Neymar ilə Danilonun aqibəti müəyyənləşdi

Sərdar Azmun azərbaycanlıdı? - ARAŞDIRMA

Ronaldo rekordlardan doymur

Valensiya DÇ tarixində bunu bacaran 4-cü futbolçu oldu

Sərdar Azmundan ''Fənərbaxça'' etirafı

Hakim Cavid Hüseynova hansı sözünə görə qırmızı vərəqə verib? - AÇIQLAMA

Mundiallar tarixində 3-cü qapıçı oldu

Milli komandanın yeni rekordçusu oldu

Fransalı oyunçu sıraya döndü

Dünya çempionatında ardıcıl 8-ci məğlubiyyət

Azarkeç DÇ-nin oyunu zamanı dünyasını dəyişdi

İdmançımız dünya oyunlarında gümüş medal qazandı

Dünya çempionatının finalında İT menecer olacaq azərbaycanlı ilə MÜSAHİBƏ

Tofiq Həbibin qohumu ilə döyüşmək istəyir

Məşqçisi Cokoviçin sirrini açdı

Oğul Rafael ata Rafaelin həyatını dəyişib

Azərbaycan çempionatının keçirilmə vaxtı açıqlandı

"Qarabağ" - "Zirə" matçının biletləri satışa çıxarılır

Prezident cinsi zorakılıqda suçlandı və istefa verdi

15-ci turun təyinatları bəlli oldu

Azərbaycan klubu dünya çempionatında oynayan futbolçunu transfer etmək istəyir

Mundialla erkən vidalaşdı

Entoni Devis klub rekordunu təkrarladı

Veteran futbolçu dünyasını dəyişdi

Ernandes əməliyyat olundu

Saniyədə 20 min paylaşım!

Bu dəfə himni oxudular, fitə basıldılar

Oveçkin 790-a çatdı

İdmançımız qızıl medal qazandı

Antonun komandasından növbəti qələbə

Ronaldoya daha bir müştəri

Niderland Ekvador matçında qollu sülh - VİDEO

“Çikaqo” “Boston”un qələbə seriyasını qırdı

Ponomaryov: “Bu mövsüm qarşımıza əsas məqsəd kimi çempionluq uğrunda mübarizəni qoyduq” - MÜSAHİBƏ

Qətər - Seneqal matçında 4 qol - VİDEO

"Kuboku qazanmaq istəyirik" - "Səbail"in futbolçusu

"Bu bizi qətiyyən qorxutmur" - Mirabdulla Abbasov

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşdü

Mundiallar tarixində ilk

Cokoviç özünü hamıdan yaxşı sayır

“İnanıram ki, yığmamız həmin görüşlərdə sözünü deyəcək” - 1:8 hesabı ilə uduzan millimizin üzvü

Bütün xəbərlər