Dünən Çinin paytaxtı Pekində 24-cü Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Pekin Milli Stadionunda təşkil olunan tədbir Bakı vaxtı ilə saat 16.00-da başlayıb. Azərbaycanın şef de-missionu, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetvertuxin və bayraqdar Vladimir Litvintsev tamaşaçılar önündən 42-ci keçib. 91 ölkədən 3 minədək idmançının qatıldığı yarışda 15 idman növü üzrə 109 dəst medal sahibini tapacaq. Koronavirus pandemiyası ilə bağlı yalnız yerli vətəndaşlar arenalara buraxılacaq. Olimpiadada ölkəmizi fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcək. Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. 15-i və 17-də isə Ryabova bacarığını nümayiş etdirəcək.
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə start ərəfəsində "Çin gəncləri" qəzetinə müsahibə verib. MOK rəsmisi bildirib ki, Azərbaycan nümayəndə heyətinə idmançılarla yanaşı, onların məşqçiləri, şef de-mission Anar Bağırov, Fərid Qayıbov başda olmaqla Gənclər və İdman Nazirliyinin nümayəndələri və baş nazirin müavini Əli Əhmədov daxildi. Hüseynzadə şanslara da toxunub: