Bu gün Azərbaycanın 3 cüdoçusu Parisdə start götürəcək Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
60 kq çəkidə çıxış edən Kəramət Hüseynov 1/8 final mərhələsində Kot d ivuardan olan Dauda Dabone ilə qarşılaşacaq. 73 kq-dakı Hidayət Heydərov və Rüstəm Orucov ilk görüşlərini Franca təmsilçilərinə qarşı keçirəcək. Onlar 1/16 finalda müvafiq olaraq Teo Riquin və Benjamin Aksusla qarşılaşacaq.