Xəbər verdiyimiz kimi, Rəşad Əzizli karyerasını "Səbail"də davam etdirəcək.
Qolkiper mövsümün sonuna kimi "dənizçilər"in heyətində çıxış edəcək. 28 yaşlı qapıçı keçidi ilə bağlı klubun rəsmi "feysbuk" səhifəsinə açıqlama verib:
"Burda olduğum üçün şadam. 1-ci divizionda oynadıqları zaman bu komandada çıxış etmişəm. Mövsümün ikinci hissəsində premyer-liqada daha yaxşı pillələrdə qərarlaşmaq üçün mübarizə aparacağıq. Birlikdə uğur qazanacağımıza inanıram".