Azərbaycan milli komandasının üzvü, üçqat Avropa çempionu, dünya reytinqində 5-ci sırada olan Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

37 yaşlı qrossmeyster Veyk-An-Zee superturniri, olimpiadalar və Qran-prilər barədə danışıb, Maqnus Karlsenlə partiyanın sirrlərini açıqlayıb.

- Nüfuzlu Veyk-An-Zee superturnirində Maqnus Karlsenə məğlubiyyətdən sonra ikinci yerlə kifayətləndiniz. Turnirdə çıxışınızı necə qiymətləndirirsiniz?
- Sözsüz turnirdə daha yaxşı çıxış edə bilərdim. Dünya çempionu Maqnus Karlsenlə vacib partiyada məğlub oldum. Bundan sonra yarışın qalibi olmaq şansım azaltdı. Yekunda ikinci yeri tutdum. Veyk-An-Zee superturniri böyük tarixə malik yarışdı. Belə güclü turnirdə ikinci yeri tutmaq yaxşı nəticədi. Belə yüksək səviyyəli yarışda 4 oyunda qələbə qazanmaq müsbət haldı. Çıxışımdan razı qaldım.

- Dünya çempionu Maqnus Karlsenə qalib gəlmək üçün nə lazımdı?
- Müxtəlif vaxtlarda Karlsen üzərində qələbəmiz olub. Mütəmadi olaraq yarışlarda qarşılaşırıq. Qələbələrimiz olur. Sadəcə Maqnus daha çox qalib gəlir. Dünya çempionu titulunu bütün turnirlərdə sübut etməyə çalışır. Dünyanın 1 nömrəli şahmatçısıdı. Tarixdə dahi şahmatçılar olur. Bizim dövrümüzdə də Maqnus Karlsen kimi dahi şahmatçı var. Onunla mübarizə aparmaq çətindi.

- Niderlandda verdiyin müsahibədə sabiq dünya çempionu Vişvanatan Anandı axtardığını söyləmisən. Yəni Anand olmadığına görə turnirin ən yaşlı şahmatçısı olmaq səni təəccübləndirib?
- Azərbaycan milli komandası daim ən gənc kollektivlərdən sayılıb. İlk dəfə olimpiadada oynayanda orta yaş həddimiz 16 idi. Biz hər zaman gənc komanda kimi yadda qalmışıq. Veyk-An-Zee turnirində ən yaşlı iştirakçı olduğumu öyrənəndə məyus oldum. Ona görə deyirdim Anand hardasan? Yaşa görə onu axtarırdım (gülür). Bu, bir zarafat idi. Amma yekunda ən yaşlı üç şahmatçı ilk dördlükdə qərarlaşdı. Yəni yaşa baxmayaraq yaxşı oynadıq.

- Maqnus Karlsenlə partiya barədə danışmaq istərdim. Dünya çempionu sanki Şəhriyara qarşı xüsusi hazırlaşmışdı?
- Şahmatda səhvsiz oynamaq çox çətindi, nadir hallarda olur. Kompüterdən fərqli cəhətimiz budu. Yəni kompüter səhv etmir, şahmatçı isə az da olsa səhvə yol verir. Maqnus mənlə oyunda səhvə yol vermədi. Sanki Maqnusa qarşı deyil, kompüterə qarşı mübarizə aparırdım. Bir insanın belə səviyyədə oynaması real deyil. Nə demək olar, bu, Maqnusdu. Oyunun səviyyəsi hamını şoka saldı. Belə səhvsiz oyun çətindi. Fikrimcə, bu partiya Maqnusun ilin ən yaxşı partiyalarından biri olacaq. Dünya şahmat tacı uğrunda görüşdə Yan Nepomnyaşilə mübarizədə səhvləri olurdu. Amma Veyk-An-Zeedə mənimlə mübarizədə səhvi olmadı.

- Maqnus Karlsen kompüterə qalib gələ bilər?
- Turnirdən əvvəl düşünürdüm ki, kompüterə qalib gəlmək mümkün deyil. Kompüter səhv etmir. Ona necə qalib gəlmək olar? Sadəcə heç-heçə etmək olar. Kompüterlə heç-heçə böyük uğurdu. Maqnus həmin gün mənimlə oynadığı oyunu oynasa, kompüterə uduzmayacaq.

- Maqnus şahmat tacı uğrunda görüşdə Rusiya təmsilçisi Yan Nepomnyaşi üzərində çox asan qələbə qazandı. Bu fikirlə razısan?
- Turnir iki yerə bölündü. İlk yarıda Yan yaxşı müqavimət göstərdi. İkinci yarıda problemlər başladı. İlk məğlubiyyət ona çox pis təsir etdi və toparlana bilmədi. Maqnusun belə qələbə qazanacağını gözləmirdik.

- Yayda milli komandalar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Bu yarış hər zaman milli komanda üçün önəmli sayılır...
- Milli komanda hər zaman önəmlidi. Bilirsiniz ki, olimpiada hər zaman mühüm yarışdı. Olimpiadalarda ən yaxşı nəticəmiz Norveçdə olub - əlavə əmsallara görə 2-5-ci yerləri bölüşdürmüşük. Olimpiadada çox böyük uğurumuz olmayıb. Hazırda zaman var. Azərbaycan Şahmat Federasiyasının yeni rəhbərliyi ilə təlim-məşqlərdə iştirak etmək imkanımız olacaq. Çalışacağıq olimpiada uğurlu olsun. Ümid edirəm bu ilki nəticə ən yaxşısı olacaq.

- Bu yaxınlarda “Məmmədyarovlar” şahmat məktəbi yaradıldı. Vaxt olduğu zaman Şəhriyarı məktəbdə görmək imkanımız olacaq?
- Zaman olduqca gəlməyə çalışacam. Hazırda dünya şahmat reytinqində ilk beşlikdə qərarlaşıram. Bu nəticə dünya şahmat tacını fikirləşməyə imkan verir. Əsas vaxtımı hazırlığa və oyunlarıma yönəldirəm. Vaxt olanda sözsüz gənclərlə görüşürəm, seans təşkil edirik. İmkan olanda məktəbə gələcəm.

- Bu gündən etibarən təlim-məşq toplanışına yollanırsan. Bu barədə danışmaq olar?
- Bu bir sirrdi. Heyəti açıqlamaq istəmirik. Qarşıda Belqrad və Berlin Qran-Priləri olacaq. İddiaçılar Turnirinə yollanmaq üçün son şansdır. Ona görə 15 günlük təlim-məşq toplanışına başlayırıq. Bütün fikrim hazırlığa yönəlib.

Son xəbərlər

Fransa pley-offda, Argentina ilk qələbəsini qazandı - YENİLƏNİB

Mbappe bu 3 əfsanəni geridə qoydu

Levandovski ən yaxşı seçildi

Lukaku Belçikanın heyətinə qayıdır

Neymar ilə Danilonun aqibəti müəyyənləşdi

Sərdar Azmun azərbaycanlıdı? - ARAŞDIRMA

Ronaldo rekordlardan doymur

Valensiya DÇ tarixində bunu bacaran 4-cü futbolçu oldu

Sərdar Azmundan ''Fənərbaxça'' etirafı

Hakim Cavid Hüseynova hansı sözünə görə qırmızı vərəqə verib? - AÇIQLAMA

Mundiallar tarixində 3-cü qapıçı oldu

Milli komandanın yeni rekordçusu oldu

Fransalı oyunçu sıraya döndü

Dünya çempionatında ardıcıl 8-ci məğlubiyyət

Azarkeç DÇ-nin oyunu zamanı dünyasını dəyişdi

İdmançımız dünya oyunlarında gümüş medal qazandı

Dünya çempionatının finalında İT menecer olacaq azərbaycanlı ilə MÜSAHİBƏ

Tofiq Həbibin qohumu ilə döyüşmək istəyir

Məşqçisi Cokoviçin sirrini açdı

Oğul Rafael ata Rafaelin həyatını dəyişib

Azərbaycan çempionatının keçirilmə vaxtı açıqlandı

"Qarabağ" - "Zirə" matçının biletləri satışa çıxarılır

Prezident cinsi zorakılıqda suçlandı və istefa verdi

15-ci turun təyinatları bəlli oldu

Azərbaycan klubu dünya çempionatında oynayan futbolçunu transfer etmək istəyir

Mundialla erkən vidalaşdı

Entoni Devis klub rekordunu təkrarladı

Veteran futbolçu dünyasını dəyişdi

Ernandes əməliyyat olundu

Saniyədə 20 min paylaşım!

Bu dəfə himni oxudular, fitə basıldılar

Oveçkin 790-a çatdı

İdmançımız qızıl medal qazandı

Antonun komandasından növbəti qələbə

Ronaldoya daha bir müştəri

Niderland Ekvador matçında qollu sülh - VİDEO

“Çikaqo” “Boston”un qələbə seriyasını qırdı

Ponomaryov: “Bu mövsüm qarşımıza əsas məqsəd kimi çempionluq uğrunda mübarizəni qoyduq” - MÜSAHİBƏ

Qətər - Seneqal matçında 4 qol - VİDEO

"Kuboku qazanmaq istəyirik" - "Səbail"in futbolçusu

"Bu bizi qətiyyən qorxutmur" - Mirabdulla Abbasov

Fərid Qayıbov olimpiya idman komplekslərinin rəhbərləri ilə görüşdü

Mundiallar tarixində ilk

Cokoviç özünü hamıdan yaxşı sayır

“İnanıram ki, yığmamız həmin görüşlərdə sözünü deyəcək” - 1:8 hesabı ilə uduzan millimizin üzvü

Bütün xəbərlər