"Zirə" Rəşad Əzizliylə yollarını ayırıb.
Bu barədə klubun saytı məlumat yayıb. Qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Zirə" Rəşad Əzizliyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, qolkiper 2020-ci ilin iyulunda “qartallar"a transfer olumuşdu. Onun klubla müqaviləsi bu ilin yayında başa çatırdı.