“Red Bull”u rəhbəri Kristian Horner komandanın “Formula-1”in yeni mövsümünə hazırlığı ilə bağlı danışıb:
“Düşünürəm ki, bu mövsüm qüvvələr nisbəti dəyişə bilər. “Ferrari” və “Maklaren” kimi komandaları, bəlkə də bir və ya iki sürpriz görə bilərsiz, ona görə ki, bu il bizi tam yeni reqlament gözləyir. Bizlə “Mersedes” isə çempionluq uğrunda ötənilki mübarizəyə çox baş qoşduq. Bu məqamın bizi növbəti mövsümə hazırlıqdan bir qədər yayındırdığı şübhə doğurmur. Bu il çox sərt rəqabət olacağını gözləyirik, düşünürəm ki, maraqlı çempionat olacaq”.
Xatırladaq ki, 2021 mövsümünün yekununda Mühəndislər kubokunu “Mersedes” qazansa da, şəxsi hesabda qələbəni “Red Bull”un pilotu Maks Ferstappen bayram edib. O, “Mersedes”in pilotu Lüis Hemiltonu Əbu-Dabi mərhələsinin son dövrəsində qabaqlayıb.