“Miluoki”nin forvardı Yannis Adetokunbo dünənki “Vaşinqton”la oyunda tripl-dabl etdi.
Yunan ulduz 33 xal, 15 ribaund və 11 məhsuldar ötürmə ilə yadda qaldı. MBA-da 29-cu dəfə tripl-dabl edən Yannis “Çikaqo”nun əfsanəvi müdafiəçisi Maykl Cordanı (28) arxada qoymaqla bu göstəricidə liqa tarixində 18-ci yerə yüksəldi. Tripl-dablların sayına görə MBA rekordu “Leykers”in müdafiəçisi Rassell Uestbruka (193) məxsusdu. Qalan fəaliyyətdə olan oyunçular arasında Uestbrukun rekorduna nisbətən yaxınlaşan basketbolçu isə onun həmklubu Lebron Ceymsdi (5-ci yer, 102).
Dünənki “San-Antonio” – “Qolden Steyt” oyunu maraqlı ssenari ilə cərəyan etdi. “Uorriorz” sona 2 dəqiqə qalmış 17 xal fərqi ilə uduzsa da, lap sonda Pulun üçxallıq atışı sayəsində önə çıxa bildi. Beləliklə, müxtəlif səbəblərdən Stefen Karri, Kley Tompson, Endryu Uiqqins, Dreymond Qrin və Andre İqudala kimi oyunçuların xidmətindən məhrum olan “Qolden Steyt” ardıcıl 6-cı qələbəsini qazandı.
Bu arada əfsanəvi mərkəz oyunçusu Şakil O'Nil maraqlı açıqlama ilə yadda qalıb. Onun fikrincə, kişi və qadın MBA-sında basketbolçuların maaşı arasındakı fərq hədsiz böyükdü: “MBA-da bəzi oğlanlar buna layiq olmasalar da, anlaşılmaz səbəblərdən 40 milyon qazanırlar. Qadın MBA-sında isə qızların maaşı 700 min dollar təşkil edir. Bu düz deyil, duruma hansısa yolla əl qoymaq lazımdı”.
Adelfi Universitetinin bu yöndə apardığı tədqiqat da Şakilin doğru danışdığını göstərir. Belə ki, kişi basketbolunun ulduzları təxminən 8 milyon 321 min 937 dollar qazanırsa, qızlar 75 min 181 dollar alırlar.
1 fevral
Boston – Mayami 122:92 (27:14, 27:31, 40:25, 28:22)
Nyu-York – Sakramento 116:96 (31:23, 23:18, 30:25, 32:30)
Oklahoma-Siti – Portlend 98:81 (19:31, 20:16, 26:14, 33:20)
Hyuston – Qolden Steyt 108:122 (25:23, 27:38, 26:26, 30:35)
Atlanta – Toronto 100:106 (24:25, 33:23, 15:32, 28:26)
İndiana – Klippers 122:116 (30:27, 30:28, 24:30, 38:31)
Klivlend – Nyu-Orlean 93:90 (17:19, 21:20, 22:27, 33:24)
Filadelfiya 76 – Memfis 122:119 ОТ (39:30, 24:28, 21:22, 27:31, 11:8)
2 fevral
Finiks – Bruklin 121:111 (39:29, 26:29, 26:24, 30:29)
Toronto – Mayami 110:106 (22:32, 28:30, 30:21, 30:23)
Detroyt – Nyu-Orlean 101:111 (33:31, 32:26, 22:27, 14:27)
Miluoki – Vaşinqton 112:98 (24:20, 29:20, 25:33, 34:25)
Minnesota – Denver 130:115 (30:28, 39:23, 31:27, 30:37)
Çikaqo – Orlando 126:115 (34:33, 36:30, 33:31, 23:21)
San-Antonio – Qolden Steyt 120:124 (36:30, 33:31, 35:28, 16:35)