"Olimpiakos" Avropa Liqasının pley-off mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
"Football-plus.az" saytının məlumatına görə, "Atalanta" ilə oyunlara sifariş edilənlər arasında "Neftçi"dən gedən Mamadu Kane yer almayıb.
Qeyd edək ki, "Olimpiakos" Kaneni keçən ilin yayında "Neftçi"dən 680 min avro qarşılığında transfer edib. Oyunçu "ağ-qaralar"da icarə əsasında çıxış edirdi.