"Qəbələ"nin braziliyalı futbolçusu Rafael Utziq ölkəsinin "Terra" nəşrinə açıqlama verib.
25 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunda 1:0 hesabı ilə qalib gəldikləri "Sumqayıt"la görüşü şərh edib:
"1/4 finalın ilk matçında vacib qələbə qazandıq. Evdəki cavab görüşünə kiçik üstünlüklə çıxacağıq. Doğma meydanda öz oyunumuzu diktə etməliyik. Hələlik heç nə müəyyən edilməyib. İqlimə uyğunlaşmışam. Soyuq hava mənə təsir etmir. Artıq bura alışmışam".