İsveçrə yığmasının sabiq oyunçusu Stefan Lixtştayner məşqçiliyə başlayıb.
Keçmiş müdafiəçi “Bazel”in gənclərdən ibarət komandasını çalışdıracaq. Bu barədə İsveçrə klubunun mətbuat xidməti məlumat yayıb.
38 yaşlı Lixtştayner futbolçu həyatına 2020-ci ildə son qoyub. O, karyerası ərzində vətənində “Qrasshopper”, Fransada “Lill”, İtaliyada “Latsio”, “Yuventus”, İngiltərədə “Arsenal”, Almaniyada isə “Auqsburq”da çıxış edib. İsveçrə yığmasında 108 matça çıxıb və 8 qol vurub.