“Liverpul” heyətini yeni oyunçu ilə daha da gücləndirib. “Portu”dan Luis Dias transfer edilib.
25 yaşlı kolumbiyalı vinger ilə müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. İngiltərə klubu onun üçün 45 milyon avro ödəyib.
Dias mersisaydlıları bonus kimi daha 20 milyon avro xərcə sala bilər. Kolumbiya millisinin üzvü “Portu”da 2019-cu ilin yayından çıxış edirdi. Portuqaliya klubu ona görə “Xunior”a 7,22 milyon avro ödəmişdi. Luis “göy-ağlar”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 125 matçda 41 qol vurub və 19 məhsuldar ötürmə verib. Sol cinah yarımmüdafiəçisinin cari mövsümdəki göstəriciləri isə 28 oyuna, 16 qola və 5 məhsuldar ötürməyə bərabərdi.