Xorvatiya mətbuatı Mahir Emreli ilə bağlı maraqlı məlumat yayıb.
Həmkarlarımız azərbaycanlı futbolçunun "Dinamo" (Zaqreb) öncə danışıq apardığı komandaların siyahısını açıqlayıb. Millimizin forvardı ilə Serbiyanın “Partizan”, Türkiyənin “İstanbul BB” və “Antalyaspor”, o cümlədən Xorvatiyanın “Osiyek klubları maraqlanıb.
"Jutarnji list"in məlumatına görə, "Dinamo" Mahirlə maraqlanandan sonra digər klublarla danışıqlar dayandırılıb.