Azər Əliyev: "Neftçi"yə keçdiyimə görə şadam" - MÜSAHİBƏ
Premyer-liqa
3-02-2022, 21:0
"Neftçi"nin yeni transferi Azər Əliyev klubun rəsmi televiziyasına müsahibə verib.
28 yaşlı yarımmüdafiəçi bildirib ki, "ağ-qaralar" böyük tarixə malik klubdu:
"Bu komandaya keçdiyimə görə çox şadam. Düşünürəm ki, istənilən azərbaycanlı futbolçu mənim yerimdə olmaq istəyərdi. Buna görə də var gücümlə çalışacağam ki, yeni nailiyyət və titullarla "Neftçi"də tarix yazım".