Şimali Makedoniya yığmasının sabiq oyunçusu Qoran Pandev İtaliyada klubunu dəyişib.
38 yaşlı hücumçu A seriyasında çıxış edən “Cenoa”dan B seriyası təmsilçisi “Parma”ya keçib. Başqa sözlə, o, dünya şöhrətli qapıçı Canluici Buffonla birgə oynayacaq.
Qeyd edək ki, Pandev 38 qolla Şimali Makedoniya millisinin bombardiridi. O, həmçinin milli formada ən çox oyun (122) keçirən futbolçudu. Qoran karyerası ərzində “Belastsa”, “İnter”, “Spetsiya”, “Ankona”, “Latsio”, “Napoli” və “Qalatasaray”da da oynayıb.