İtaliya A Seriyasının prezidenti Paolo Dal Pino istefa vermək qərarına gəlib.
Bu xəbəri tanınmış jurnalist Nikolo Skira yayıb. O, Dal Pinonun vəzifəsindən ayrılmaq qərarına yanvarda gəldiyini və yaxın günlərdə istefasını rəsmi şəkildə açıqlayacağını bildirib.
59 yaşlı funksioner A Seriyasının prezidenti postunu 2020-ci il yanvarın 8-dən tutur. Skira onun ailəsi ilə birlikdə ABŞ-a köçəcəyini də əlavə edib.