Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Mahir Emrelinin "Dinamo"ya keçidindən danışıb.
"Bakıda yaşadığım vaxt bütün matçlara baxırdım və onu yığmaya mən çağırmışdım. Çünki yaxşı potensiala malik olduğunu görürdüm. Emreli yarımmüdafiəçi olsa da, qol şansı qazanır və yararlanmağı bacarır. Futbolda elə gənc futbolçular olur ki, ya karyeraları yüksək səviyyədə alınır, ya da ortalıqdan itirlər. Onun nəyə qadir olduğunu tezliklə görəcəyik".