“Bakı”nın prezidenti Hafiz Məmmədovun vergidən yayındığı üçün Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçildiyini xəbər vermişdik.
Vaxtilə onun rəhbərlik etdiyi şirkətlərin sosial ödəniş borcu 1 milyon 465 min 200 manat təşkil edirdi. İş adamı ötən həftənin cümə günü 400 min manat ödəniş etsə də, məhkəmə onun barəsində qərarı dəyişməmişdi. Hafiz bəy istintaq prosesində ona qarşı irəli sürülən ittihamı qəbul edib və 600 min manat məbləğində vergi və məcburi dövlət sosial sığorta haqlarını ödəyib, qalan borcun isə bir həftə ərzində ödəniləcəyinə dair öhdəlik götürülməsi barədə iltizam verib. Yasamal rayon məhkəməsi də yanvarın 31-də onun vəkilinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətini təmin edib.
Hafiz bəyin işlərinin yağ kimi getdiyi dövrdə bir çox tanınmış futbolçu “Bakı”nın şərəfini qoruyub. Görəsən, onlar karyeralarında önəmli iz buraxan sabiq başqana dəstək olmağı düşünürlərmi?
Vaqif Cavadov:
Cavid Hüseynov:
SƏNƏM FƏRHADOVA