AFFA-nın Hesabat Konfransında 2022/23 mövsümündə premyer-liqada iştirak edəcək komanda sayının 10-a çatdırılacağı açıqlandı.
Klublardan birinin "Kəpəz" olacağı şübhə doğurmur. Digər komandanın kimliyi isə hələ bəlli deyil.
Son günlər futbol gündəmində adından söz etdirən "Xan Lənkəran" indidən premyer-liqaya iddialıdı. Lənkəran təmsilçisinin Antalyada təlim-məşq toplanışı keçməsi, gördüyü işlər, transfer siyasəti peşəkar klub yaratmaq istəyindən xəbər verir. Klub prezidenti Pərviz Hüseynov da "instaqram" hesabında "Bizə 1-ci divizion maraqlı deyil" paylaşımı edib. Bunun da bir işarə olduğunu düşündük. Bəs görəsən, lisenziyalaşdırmanın tələblərini yerinə yetirsə, Region Liqasında çıxış edən komanda birbaşa premyer-liqaya adlaya bilər? Ümumiyyətlə, "Xan Lənkəran" belə müraciət edibmi?
Suallara cavab tapmaq üçün öncə Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxladıq:
PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə isə məsələ ilə bağlı bunları söylədi:
Görünür, "Xan Lənkəran" birinci divizonda çıxış etmədən premyer-liqaya vəsiqə qazana bilməyəcək. Amma bilmək olmaz, bəlkə də klub gördüyü işlərlə bunu bacaracaq. Axı 2003-cü ildəki futbol inqilabından sonra bir çox klub kimi, "Xəzər Lənkəran"da birbaşa elitaya buraxılmışdı. Tarix təkrarlanmağa meyillidi!
GÜNAY VƏLİYEVA