Azərbaycan Həndbol Federasiyasının (AHF) Hesabat-seçki Konfransı keçirilib.
Tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. AHF-nin hazırkı prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən rəhbər seçilib.
Qeyd edək ki, Saleh Məmmədov 2016-cı il dekabrın 1-dən bu quruma başçılıq edir.