Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sumqayıt” evdə "Qəbələ"yə minimal hesabla məğlub olub.
"Football-plus.az" saytının məlumatına görə, matçdan sonra baş tutan mətbuat konfransında "kimyaçılar"ın baş məşqçisi Aleksey Baqa fikirlərini bildirib:
"Lazımsız səhvlərə görə uduzduq. Sadə epizodlarda səhv edir, topu itirirdik. Daha çox şey danışmaq istəmirəm. Ötürmələrdə səhvlərə yol verirdik. Bundan başqa komanda hücumda dişsiz idi. Əli Qurbani hücumda tək idi. Ona lazımi ötürmələr gəlmirdi".