2021-ci ildə AFFA-nın xərcləri və gəlirləri bəlli olub.
Bu barədə qurumun növbəti Konfransında bildirilib.
Gəlirlər 26 636 579 manat, xərclər isə 21 845 243 manat təşkil edib.
Gəlirlərin 12 000 000 manatı SOCAR, 5 016 000 manatı UEFA-dan, 5 742 346 manatı yayından, 2 923 188 manatı FIFA-dan, 47 200 manatı "Coca Cola"dan, 16 874 manatı UNİCEF-dən, 236 000 manatı Paşa Sığortadan, 123 900 manatı "Procter and Gamble"dən, 530 646 manatı isə digər mənbələrdən daxil olub.
Xərclərin 12 milyon 164 min 708 manatı milli komandalara, 3 milyon 896 min 672 manatı əmək haqqı və ezamiyyə xərclərinə, 753 min 145 manatı U-10-dan başlayaraq qız və oğlanlar arasında liqaların təşkilinə, 1 milyon 634 min 388 manatı hakimlər və hakim-inspektorlara, 558 min 839 manatı təsərrüfat xərclərinə, 839 min 415 manatı oyunların təşkilinə, 122 min 462 manatı aviabilet və otel xərclərinə, 304 min 968 manatı nəqliyyat xərclərinə, 153 min 730 manatı kommunal və rabitə xərclərinə, 61 min 28 manatı təhsilə, 126 min 32 manatı Marketinq və Sponsorluq Departamentinə, 315 min 754 manatı "Elit Məşq", 59 min 621 manatı "Futbol dərsi" layihəsinə, 545 min 902 manatı "COVİD -19" pandemiyasının təsiri ilə əlaqədar, 308 min 509 manatı isə digər xərclərə ayrılıb.
Bundan sonra qalıq 4 milyon 791 min 236 manat olub.