Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, "Neftçi" doğma meydanda "Sabah"ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə bitib. Qonaq komandanın baş məşqçisi Murad Musayev oyundan sonra mətbuat konfransında iştirak edib. Çalışdırıcı matç haqda fikirlərini deyib:
"Oyuna çox yaxşı başladıq, amma ilk hissədə meydanın mərkəzində çoxlu boşluq verdik və ikinci toplarda rəqibə uduzmağa başladıq. Yaxşı qol vurduq. Bir neçə əla hücum təşkil etsək də, bunları qola çevirə bilmədik. İki komandanın ifasında maraqlı oyun oldu. İnanıram ki, azarkeşlər də razı qaldılar. Hələ heç nə dəyişməyib, şanslar yenə bərabərdi. Futbolçulıar meydanda yaxşı təsir bağışladılıar. Təlim-məşq toplanışında iddialı rəqiblərlə qarşılaşdıq. Oyundan-oyuna artırırıq. Transfer pəncərəsinin bağlanmasına 1 həftə qalıb. İnanıram ki, yeni oyunçu almaq üçün hələ də şanslarımız var".
Baş məşqçi Vaqner Lava təklif göndəridklərini etiraf edib:
"Onun bura gəlməsini istəyirdik. Təklif də göndərmişdik. Sadəcə, Danimarkada oynamağı seçdi. 100-dən çox futbolçuya baxmışıq. Hazırkı oyunçulardan da razıyam".
Musayev Xulio Sezar Rodrigesin ikinci hissədə zəif təsir bağışlamasının səbəbinə də toxunub:
"Xulio təlim-məşq toplanışında tam olaraq iştirak edib. Hər bir məşqdə olub. Sadəcə, ikinci hissədə meydanın mərkəzində möhkəmlənmək üçün Xuan Kamaranı bir qədər geriyə çəkdik. Ona görə də Rodrigesin üstünə çox iş düşdü".